Kanada ABŞ mallarına 25 faizlik rüsum tətbiq edir

post-img

Kanada bu gündən etibarən ABŞ-dan idxal edilən mallara 25 faiz rüsum tətbiq edir. Bu barədə ölkənin baş naziri Castin Trüdo məlumat verib. Xəbəri “Anadolu” yayıb. 

Onun bəyanatı ABŞ prezidenti Donald Trampın Kanada və Meksikadan gələn məhsullara rüsum tətbiq etmək qərarına cavab olub: “Biz bu ədalətsiz qərarın cavabsız qalmasına imkan verməyəcəyik. ABŞ-ın tarifləri qüvvəyə minərsə, Kanada dərhal 25 faizlik cavab rüsumunu tətbiq edəcək”.

O qeyd edib ki, məhdudiyyətlər Vaşinqton öz tədbirlərindən əl çəkənə qədər qüvvədə qalacaq.

P.ƏMİRCANOV
XQ

Dünya