Britaniya Ukraynaya 2 milyard funt sterlinqdən çox kredit verdi

post-img

Britaniya Ukraynaya müdafiə ehtiyacları üçün 2,26 milyard funt sterlinq və ya təxminən 3 milyard ABŞ dolları məbləğində kredit verir.

Ukrayna Maliyyə Nazirliyinin məlumatına görə, martın 1-də Ukraynanın maliyyə naziri Sergey Marçenko və Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz müvafiq saziş imzalayıblar.

Qeyd olunur ki, imzalanma mərasimi onlayn rejimdə baş tutub. Tədbirdə Ukrayna prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın baş naziri Kir Starmer iştirak ediblər.

Maliyyə Nazirliyi izah edib ki, vəsaitlər G7 ölkələrinin Ukrayna üçün Fövqəladə Gəlirlərin Sürətləndirilməsi (ERA) mexanizminin bir hissəsidir və ümumi həcmi 50 milyard ABŞ dolları təşkil edir.

"Kredit Rusiyanın hərəkətsizləşdirilmiş suveren aktivlərindən gələcək gəlirlərdən istifadə etməklə ödəniləcək", - məlumatda deyilir.

Agentlik vurğulayıb ki, maliyyə 30 il müddətinə nəzərdə tutulub və toplanan vəsait Ukraynanın ehtiyaclarına uyğun olaraq müdafiə materiallarının alınmasına yönəldiləcək.

Maliyyə Nazirliyi xatırladıb ki, G7 ölkələrinin Ukrayna üçün Fövqəladə Gəlirlərin Sürətləndirilməsi (ERA) mexanizmi çərçivəsində Ukrayna artıq ABŞ-dan 1 milyard dollar, Aİ-dən isə 3 milyard avro alıb.

S.ELAY

XQ

 

 

Dünya