Rumıniya Rusiya PUA-nın öz ərazisinə düşdüyünü təsdiqləyib

post-img

Rumıniya Ukrayna və Moldova ilə sərhədlərinin qovşağında Rusiyaya məxsus PUA-nın düşdüyünü təsdiqləyib.

Fevralın 28-də Rumıniya Müdafiə Nazirliyi Ukraynanın Reni və Moldovanın cənub sərhədləri yaxınlığında yerləşən Qalati şəhəri ərazisində PUA dağıntılarına bənzər fraqmentlərin aşkar edildiyi barədə bildiriş alıb. Dronun qalıqları Moldova ilə sərhəddən təxminən 500 metr aralıda yaşayış olmayan ərazidə aşkar edilib.

Martın 1-də əraziyə Müdafiə, Daxili İşlər nazirliklərinin və kəşfiyyat orqanlarının mütəxəssislərindən ibarət qrup gəlib.

Günün sonunda tapılanın Rusiya pilotsuz təyyarəsinin qalıqları olduğu bildirilib. Onun içərisində partlamamış döyüş başlığı olub və dron yerindəcə zərərsizləşdirilib.

Məlumatda əlavə edilib ki, PUA-nın tapıldığı ərazidə bir müddət intensiv patrul aparılacaq və nazirlik əhalini yoxlamalar başa çatana və bütün risklər aradan qaldırılana qədər əraziyə yaxınlaşmamağa çağırıb.

S.ELAY

XQ

Dünya