Konfutsi İnstitutunda Çin təqvimi

post-img

Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunda Çin kənd təsərrüfatı təqviminə əsasən, “yuyşuy” (yağış suyu) mövsümünün başlanması ilə bağlı toplantı keçirilib.

Toplantıda Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov yağıntılar dövrünün başlandığını əks etdirən və qədim Çin əkinçilik mədəniyyətinin mövsümiliyini təcəssüm etdirən dörd “kiçik” fəsildən biri olan “yuyşuy” mövsümünün əhəmiyyətindən danışıb.

Qeyd edib ki, Çinin günəş kənd təsərrüfatı təqvimi qədim çinlilərin əkinçilik mövsümlərinə uyğun formalaşdırdıqları biliklər sisteminə, mövsümi iqlim dəyişikliyi və təbiət qanunlarına əsaslanır.

Sonda qeyd edək ki, bu bayram günlərində çinlilər sağlamlıq və rifah üçün dua edir, ailə qurmuş qızlar isə valideynlərlə görüşmək üçün ata evinə qonaq gəlirlər.

XQ



Dünya