Ukraynada bütün tərəflərə uyğun olacaq sülhməramlı kontingentin yerləşdirilməsini zəruri hesab edirəm.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərə deyib.
“Bizə hamıya uyğun sülhməramlı kontingent forması lazımdır”, - deyə o qeyd edib.
Tramp bundan əvvəl Avropa ölkələrindən olan sülhməramlıların Ukraynaya göndərilməsinə etiraz etmədiyini bildirmişdi.