Britaniya müdafiə xərclərini artırmaq üçün 2027-ci ildən digər ölkələrə verdiyi yardımın həcmini azaldacaq.
Reuters xəbər verir ki, bunu Britaniya hökumətinin başçısı Kir Starmer Britaniya parlamentinin İcmalar Palatasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, beynəlxalq yardım 0,5%-dən 0,3%-ə qədər azalacaq.
“Parlamentə bildirmək istəyirəm ki, bu, məmnuniyyətlə verdiyim bəyanat deyil”, - Starmer bildirib.
O, Böyük Britaniya hökumətinin “çətin və ağrılı” qərarla üz-üzə qaldığını bildirib.
Bundan başqa, “Sun” qəzeti məlumat yayıb ki, Kir Starmer krallığın müdafiə büdcəsini ÜDM-in 2,3%-dən 2,5%-ə qədər dərhal artıracağını elan etməyə hazırlaşır.
Xatırladaq ki, Starmerin hələ seçki kampaniyası zamanı müdafiə xərclərini ÜDM-nin 2,5%-nə çatdıracağına söz vermişdi.
Daha əvvəl Britaniya mediası xəbər vermişdi ki, bu həftə Starmer 2030-cu ilə qədər bu xərclər səviyyəsinə çatmaq niyyətini açıqlaya bilər.
S.ELAY
XQ