Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb. Məlumatı “Anadolu” verib.
Prezident Administrasiyasının Kommunikasiya Ofisindən verilən məlumata görə, söhbət zamanı Türkiyə ilə Fransa arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Türkiyənin Rusiya ilə Ukrayna arasındakı müharibəni sona çatdırmaq, ədalətli və davamlı sülhü təmin etmək üçün səylərini davam etdirdiyini bildirən prezident Ərdoğan, bir neçə dəfə döyüşən tərəfləri danışıqlar masasına oturtmağı bacaran bir ölkə olaraq, sülh danışıqlarına ev sahibliyi etmək də daxil olmaqla, töhfə verə biləcəyini söylədi. Onun sözlərinə görə, münaqişədə iştirak edən ölkələri istisna etməyən danışıqlar prosesinə başlamaq vacibdir.
Ərdoğan vurğulayıb ki, fələstinlilərin Misirə, İordaniyaya və ya başqa üçüncü ölkəyə çıxarılması planı qəbul edilə bilməz.
Prezidentlər iki NATO müttəfiqinin liderləri kimi yeni dövrdə daha koordinasiyalı işləmək barədə razılığa gəliblər.
P.ƏMİRCANOV
XQ