Avropa İttifaqının xarici işlər nazirləri Ukraynada hərbi əməliyyatların üçüncü ildönümü ilə əlaqədar Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyib. "Reuters" bu barədə iki diplomata istinadən xəbər verir. Yeni məhdudiyyətlər paketinə, digər məsələlərlə yanaşı, ilkin alüminiumun idxalına qadağa da daxildir.
KİV-in məlumatına görə, məhdudiyyətlər 13 banka, eləcə də Aİ-nin Rusiyanın kölgə donanmasının bir hissəsi hesab etdiyi 73 gəmiyə şamil olunacaq. Ümumilikdə, Brüsselin məlumatına görə, Ukraynada hərbi əməliyyatlarda iştirak edən 35 Rusiya şirkəti və 48 fiziki şəxs sanksiyalara məruz qalacaq. Digər məsələlərlə yanaşı, Aİ ölkələri xrom və bəzi kimyəvi maddələrin idxalını, həmçinin neft və qaz emalı zavodlarına xidmət göstərilməsini qadağan edəcək.
Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Budapeşt 16-cı paketdə nəzərdə tutulan məhdudiyyətlər Rusiya nefti və neft məhsullarından istifadə üçün istisna təmin edib və həmçinin Budapeşt metrosunun texniki xidməti ilə məşğul olan Rusiyanın “Metrovaqonmaş” şirkətinin fəaliyyətinə qoyulan qadağadan yayınıb.
S.ELAY
XQ