Türkiyə Ukrayna ilə bağlı danışıqlara evsahibliyi etməyə hazırdır

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan Münhen Təhlükəsizlik Konfransında danışıqlar zamanı ABŞ-ın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq və dövlət katibi Marko Rubioya bildirib ki, Ankara Ukrayna ilə bağlı danışıqları qəbul etməyə hazırdır.

Bu barədə RİA Novosti.Türkiyənin hökumətyönlü “Türkiyə” qəzeti mənbələrə istinadən xəbər verir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov çərşənbə axşamı Ər-Riyadda ABŞ nümayəndələri ilə görüşəcəklər. Görüş ilk növbədə Rusiya-Amerika münasibətləri kompleksinin bərpasına həsr olunacaq. Amerikanın “National Interest” jurnalı bazar ertəsi yazıb ki, davam edən döyüşlərə baxmayaraq, Ukraynada münaqişə faktiki olaraq başa çatıb. Müəllifin fikrincə, əksər ölkələr Moskvanın öz düşməni üzərində üstünlük əldə etməsi ilə razılaşacaqlar.

“Münhendə (Mark) Rubio, həmçinin Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq, Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak və Ukraynanın müdafiə naziri Rustem Umerovla görüşən Fidan Türkiyənin də prosesin bir hissəsi olması barədə fikir bildirib. Ankaranın atəşkəs və ya sülh danışıqlarının aparılması ehtimalını da gündəmə gətirdiyi bildirilir”.

 Nəşr yazır ki, Ankara hər iki ölkə ilə sıx əlaqələrə malik olduğunu və bir çox digər oyunçulardan daha çox töhfə verə biləcəyini söyləyib.

Fevralın 12-də Putinlə Tramp arasında təxminən bir saat yarım davam edən telefon danışığı olub. Peskovun sözlərinə görə, liderlər Rusiya və ABŞ vətəndaşlarının mübadiləsi, eləcə də Ukraynadakı vəziyyətin nizamlanması ilə bağlı məsələləri müzakirə ediblər. 

P.ƏMİRCANOV
XQ

Dünya