Şahbaz Şərif: Pakistan-Türkiyə əlaqələri çox yüksək səviyyədədir

post-img

Pakistan və Türkiyə arasında münasibətlər beynəlxalq aləmdə görünməmiş səviyyədədir. Bunu Pakistanın baş naziri Şahbaz Şərif İslamabadda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib.

Məlumatı XQ “Anadolu”ya istinadən xəbər verib. 

Hökumət başçısı qeyd edib ki, bu gün Türkiyə dünyanın ən sürətlə inkişaf edən və ən yüksək inkişaf etmiş ölkələri sırasındadır.

Şahbaz Şərif Türkiyə prezidentinin beynəlxalq aləmdəki fəaliyyətini yüksək qiymətləndirib. O, xüsusilə qeyd edib ki, Türkiyə lideri “müsəlman xalqların, xüsusilə də məzlumların hüquqlarını müdafiə etmək üçün ardıcıl çıxış edib və müsəlman dünyası onun sözlərini çox diqqətlə dinləyir”.

P.ƏMİRCANOV
XQ

Dünya