Türkiyə və Rusiyanın xarici işlər nazirləri Hakan Fidan ilə Sergey Lavrov arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, danışıq zamanı regional məsələlər müzakirə edilib.
Həmsöhbətlər Suriyadakı son vəziyyət, eləcə də Rusiya-Ukrayna müharibəsi ətrafında fikir mübadiləsi aparıblar.