Parisin 12-ci dairəsinin meriyasında yanğın

post-img

Parisdə 12-ci dairənin meriyasının binasında yanğın baş verib. Bu barədə yanvarın 27-də “Le Parisien”ə istinadən “İzvestiya.ru” məlumat yayıb.

“Alov bütün binanı bürüyüb. Binanın uçması təhlükəsi var”, - deyə polis zabiti Loran Nunes bildirib. Onun sözlərinə görə, yanğın yerli yanğınsöndürmə xidmətləri tərəfindən nəzarətə götürülüb. Yanğının söndürülməsi prosesinə 150-yə yaxın insan, o cümlədən cəlb olunub. Nəşrin məlumatına görə, binanın zəng qülləsi tamamilə yanıb və qismən dağılıb. Bundan əlavə, binanın çökmə riski var.

Xəsarət alanların olmadığı bildirilir. Bina 145 min nəfərlik məlumat mərkəzi kimi fəaliyyət göstərib, binanın içərisində uşaq bağçası da olub.

2024-cü ilin dekabrında Parisdəki Eyfel qülləsində qısaqapanma səbəbindən yanğın baş verib; 1,2 min ziyarətçi təcili olaraq təxliyə edilib. Daha sonra yanğına ikinci və üçüncü mərtəbələr arasında liftin elektrik xəttində yaranan texniki nasazlığın səbəb olduğu bildirilib.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya