Qazaxıstan və Çin arasında yük daşımalarının həcmi 29 milyon tonu ötüb

post-img

2024-cü ilin 11 ayı ərzində Qazaxıstan və Çin arasında yük daşımalarının həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 29,3 milyon ton təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın Baş naziri Oljaz Bektenov ilə Çinin Qazaxıstandakı səfiri Han Çunlin arasında keçirilən görüşdə bildirilib.

Yük daşımalarının daha da artırılması üçün Qazaxıstan-Çin sərhədində yeni buraxılış məntəqələrinin yaradılması və mövcud olanların modernləşdirilməsi, həmçinin sərhədyanı gəmiçiliyin inkişafı üzrə birgə tədbirlərin görülməsinin vacibliyi qeyd edilib.

2024-cü ilin yekunlarına görə, Qazaxıstan və Çin arasında ikitərəfli ticarət dövriyyəsi 9 faiz artaraq 43,8 milyard dollar təşkil edib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Dünya