İsveçlilərin borcu rekord həddə çatıb

post-img

Son 10 ildə iki dəfə artan İsveçin ev təsərrüfatlarının borcu çoxalmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, ötən ilin sonunda İsveç Məhkəmə İcraçıları Xidmətinə (Kronofogden) olan borcların ümumi məbləği 138 milyard İsveç kronu (13,25 milyard dollar) təşkil edib ki, bu da əvvəlki ildəkinə nisbətən 16 faiz artım deməkdir. Borcu olanların sayı 20 mindən çox artıb və hazırda 437 minə yaxındır. Bildirilir ki, 35 ilə 44 yaş arasında olanlar xüsusilə ağır zərbə alıblar.

Kronofogdenin baş direktoru Fredrik Rozenqren mövcud vəziyyəti narahatedici və ciddi hal kimi qiymətləndirib. O bildirib ki, isveçli ailələr son illərdə qiymətlərin və faizlərin artması səbəbindən iqtisadi çətinliklərlə üzləşiblər. Bu, bir çox insanı borclarını ödəmək üçün kifayət qədər puldan məhrum edir.

İqtisadiyyat ekspertlərinə görə, əsas faktor kimi yüksək mənzil qiymətləri, ərzaq və yanacağın qiymətinin artması, çoxlarının 35-44 yaşlarında götürdüyü kreditlər göstərilir. Onlar əlavə edirlər ki, xərclər artdıqda və gəlirlər eyni qaldıqda, insanların bir çoxu çətin maliyyə vəziyyətində olurlar.

Dünya