ABŞ-da “TikTok”un bloklanması 75 günlüyə təxirə salınacaq

post-img

ABŞ Prezidenti Donald Tramp “TikTok” tətbiqinin bloklanmasını 75 gün təxirə salan fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, CNN telekanalının məlumatına görə, Donald Trampın sərəncamı ABŞ Ədliyyə Departamentinin Konqresdə ikipartiyalı dəstəklə qəbul edilən və daha sonra sabiq dövlət başçısı Cozef Bayden tərəfindən imzalanan “Nəzarətdə olan xarici tətbiqlər barədə qanunu” tətbiq etməməsinə yönəlib.

Sənəddə deyilir ki, 75 günlük gecikmə Tramp administrasiyasına milli təhlükəsizliyin qorunması üçün uyğun kursu müəyyənləşdirməyə kömək edəcək və milyonlarla amerikalının istifadə etdiyi proqramın qəfil bağlanmasının qarşısını alacaq.

Donald Tramp vaxtilə deyirdi ki, ABŞ “TikTok” platformasının yarısına sahib olmaq hüququna malikdir. O, həmçinin sövdələşmədən imtina edəcəyi təqdirdə Pekini Çin mallarına rüsum tətbiqi ilə hədələyirdi.

Dünya