ABŞ prezidenti Putinlə görüşməyi planlaşdırdığını deyib, lakin belə bir görüşün mümkün vaxtı barədə təfərrüatları açıqlamayıb.
Ukrayna prezidenti Vladimir Zelenski müharibəyə son qoymaq üçün razılaşmaya hazırdır. Və Vladimir Putini Rusiya Federasiyasındakı iqtisadi çətinliklər danışıqlara sövq edə bilər. “Amerikanın səsi” xəbər verir ki , bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
“Zelenski razılıq əldə etmək istəyir”, – Tramp deyib.
O, ümid etdiyini bildirib ki, Putin də razılaşmaya hazır olmalıdır, çünki “o, müqavilə bağlamamaqla Rusiyanı məhv edir”.
“Düşünürəm ki, Rusiya böyük bəladadır. Sadəcə, Rusiyadakı inflyasiyaya baxın... Mən ümid edərdim ki, o, razılaşmaq istəyir”, - Tramp əlavə edib.
ABŞ prezidenti Putinlə görüşməyi planlaşdırdığını bildirib, lakin belə bir görüşün mümkün vaxtı ilə bağlı təfərrüatları açıqlamayıb və “bu, kifayət qədər tez baş verə bilər” deyib.
Tramp əlavə edib ki, o, Rusiyanın Ukraynadakı müharibəsini “mümkün qədər tez” bitirməyə çalışır və “müharibə heç vaxt başlamamalı idi” iddiasını təkrarlayıb.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna sülhə nail olmaq üçün ABŞ-ın yeni prezident administrasiyası ilə işləməyə hazırdır .
P.ƏMİRCANOV
XQ