Aİ ölkələri xarici sərmayələrə yenidən baxmağı təklif edib

post-img

Avropa Komissiyası (AK) Aİ-yə üzv dövlətlərə şirkətlərinin xarici sərmayələrini nəzərdən keçirməyi və iqtisadi təhlükəsizlik üçün riskləri qiymətləndirməyi tövsiyə edib. Bu barədə AK-nin press-relizində deyilir.

“Tövsiyə üç strateji əhəmiyyətli texnologiya sahəsini, eləcə də ən riskli olanları – yarımkeçiricilər, süni intellekt və kvant texnologiyalarını əhatə edir və üzv dövlətləri bu cür əməliyyatlardan potensial olaraq yarana biləcək iqtisadi təhlükəsizlik risklərini qiymətləndirməyə çağırır”, - press-relizdə deyilir.

AK Aİ investisiyalarının ittifaqın iqtisadi təhlükəsizliyinə mənfi təsir göstərməsinin qarşısını almaq və “əsas texnologiyalar və nou-hauların yanlış əllərə keçməməsini” təmin etmək istəyir.

Tövsiyə Aİ üzv dövlətlərini 15 iyul 2025-ci il tarixinədək işin gedişatı barədə hesabatı və 30 iyun 2026-cı il tarixinədək müəyyən edilmiş risklər barədə ətraflı hesabat təqdim etməyə çağırır.

S.ELAY

XQ

Dünya