Qazaxıstan və Çin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə əməkdaşlığı davam etdirir.
AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Senatının sədri Maulen Aşimbayev bildirib.
Senatın sədri Pekində Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi komitəsinin başçısı Çjao Letszi ilə keçirdiyi görüşdə bildirib ki, hazırda həmin marşrut Asiya ilə Avropa arasında təhlükəsiz tədarük zəncirini səmərəli şəkildə təmin edir.
Maulen Aşimbayev qeyd edib: “Qazaxıstan ilə Çin arasında üçüncü – “Ayaqoz-Taçen” dəmir yolu xəttinin tikintisinə başlanılır. Bununla yanaşı, üçüncü sərhəd dəmir yolu buraxılış məntəqəsinin açılışı planlaşdırılır. Biz əminik ki, Orta Dəhlizin potensialından səmərəli istifadə olunması ölkələr arasında tranzit-nəqliyyat əməkdaşlığının genişləndirilməsinə kömək edəcək”.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana