Ərdoğan: Vaxt itirmədən Suriyanın bərpasına başlamaq lazımdır

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Corciya Meloni ilə telefonla danışıb. Məlumatı “Anadolu” verib.

Türkiyə Prtezidenti Administrasiyasından verilən məlumata görə, söhbət zamanı ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan məmnunluqla bildirib ki, keçən il Türkiyə və İtaliya arasında ticarətin həcmi 32 milyard dollara çatıb. Onun sözlərinə görə, ticarət və investisiyanın artması bu rəqəmi daha da artıra bilər. Türkiyə İtaliya ilə bir çox sahələrdə, o cümlədən, müdafiə sənayesi sferasında əməkdaşlığı genişləndirmək niyyətindədir.

Türkiyə prezidenti deyib ki, vaxt itirmədən Suriyanın bərpasına başlamaq lazımdır. Suriyaya qarşı sanksiyaların aradan qaldırılması və İtaliyanın bu məsələdə liderliyi bərpa prosesinə kömək edə bilər. 

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya