İsveçdə mexaniki transmissiyalı avtomobillər üçün sürücülük vəsiqələri sıradan çıxa bilər

post-img

Avtomobil sənayesinin avtomatik transmissiyalı elektrik nəqliyyat vasitələrinə keçməsi ilə mexaniki ötürməli nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin zəruriliyi ilə bağlı qeyri-müəyyənlik yaranıb.

AZƏRTAC xəbər verir ki, getdikcə daha çox isveçli avtomatik transmissiyalı avtomobilləri idarə etmək üçün sürücülük vəsiqəsi seçir: son 10 ildə onların sayı 600 faiz artıb.

İsveç Nəqliyyat İdarəsi artıq imtahan maşınlarının alınmasında çətinliklərlə üzləşib. İstehsalçılar tədricən mexaniki transmissiyalı avtomobillərin istehsalını dayandırır. Hazırda tələb olunan imtahan xüsusiyyətlərinə malik yalnız altı model mövcuddur.

2035-ci ildən Avropa İttifaqında daxiliyanma mühərrikli avtomobillərin satışını qadağan edilməsi planlaşdırılır. Bu, mexaniki transmissiyalı avtomobillərin sonu ola bilər, çünki elektromobillər demək olar istisnasız avtomatik transmissiya ilə təchiz olunur. Bununla belə, ekspertlər hesab edirlər ki, mexaniki sürət qutusu olan avtomobilləri idarə etmək üçün sürücülük vəsiqəsinə zərurət təcili yardım, yanğınsöndürmə və polis sistemindəki sürücülər üçün qalacaq.

Vəziyyətin gələcək inkişafı sürücülük vəsiqələrinin taleyini həll etməli olan yeni Aİ tənzimləməsindən asılı olacaq. Amma artıq indi aydındır ki, mexaniki avtomobillərə və onları idarə etmək üçün vəsiqələrə tələbat azalmaqda davam edir.

Dünya