Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dekabrın 27-də Bundestaqın (Almaniya Federativ Respublikasının parlamenti) buraxılması ilə bağlı qərar qəbul etməyi planlaşdırır. Bu barədə Almaniya prezidenti ofisinin X-dəki nümayəndəsi Kerstin Qammelin məlumat verib. Xəbəri TASS yayıb.
Qammelin Ştaynmayerin sözlərini sitat gətirib: “Son günlər mən Almaniya hökuməti üçün sabit parlament çoxluğunun yaradılması perspektivinin artıq olmadığına əmin olmaq üçün Bundestaqdakı fraksiya və qrupların sədrləri ilə danışıqlar aparmışam. Mən Əsas Qanunun 68-ci maddəsinə uyğun olaraq 2024-cü il dekabrın 27-də Bundestaqın buraxılması ilə bağlı qərar qəbul etmək niyyətindəyəm”, - deyə prezident əlavə edib.
P.ƏMİRCANOV
XQ