Gürcüstanda yerli vaxtla saat 9:00-da müxtəlif səviyyəli 300 deputatdan ibarət Seçkilər Kollegiyasının respublikanın altıncı prezidentini seçəcək iclası başlayıb. Bu barədə dekabrın 14-də Gürcüstanın Birinci Kanalı məlumat yayıb.
Ölkədə tarixdə ilk dəfə prezident vətəndaşlar tərəfindən seçilmir. Yalnız bir namizəd - hakim "Gürcü arzusu" partiyası tərəfindən irəli sürülən eks-deputat və keçmiş futbolçu Mixail Kavelaşvilinin namizədliyi nəzərdən keçirilir. 300 nəfərlik idarə heyətinə bu siyasi qüvvənin 211 nümayəndəsi daxildir.
Seçkilərin baş tutması üçün idarə heyəti üzvlərinin əksəriyyəti - 151 nəfər iştirak etməlidir. Prezidenti seçilmək üçün namizəd 200 səs almalıdır.
P.ƏMİRCANOV
XQ