“Politico”: Avropada qeyri-qanuni miqrantların deportasiyası qaydaları dəyişdiriləcək

post-img

Avropa Komissiyası (AK) Danimarka, İtaliya və Polşanın qeyri-qanuni miqrasiya probleminin həllinə kömək etmək çağırışlarına cavab olaraq miqrantların deportasiyası ilə bağlı yeni direktiv üzərində işləməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, bunu “Politico” nəşri adı açıqlanmayan avropalı diplomatlara istinadla bildirib. Onların sözlərinə görə, AK Avropa dövlətlərinin yeni direktivə baxışını aydınlaşdırmaq üçün onlarla məsləhətləşmələr aparır.

Sənəd layihəsinin gələn ilin fevralında Avropa İttifaqına üzv ölkələrin daimi nümayəndəliklərinə təhvil veriləcəyi gözlənilir. Yeni qaydalar milli hakimiyyət orqanlarına “Aİ ölkələrindən birində qalmaq üçün qanuni imkanları tükənmiş” miqrantların hərəkət azadlığını məhdudlaşdırmağa, xüsusən də onları miqrasiya mərkəzlərində qeydiyyatdan keçməyə məcbur etməyə imkan verəcək.

Qəzet yazır ki, Avropa İttifaqının (Aİ) bir sıra ölkələri qeyri-qanuni miqrasiya ilə mübarizə üçün daha qətiyyətli tədbirlər tələb edir. Belə ki, Aİ-nin miqrasiya ilə mübarizə tədbirləri kifayət deyil. Aİ-nin miqrasiya və sığınacaqla bağlı imzaladığı və özündə bütün müvafiq normaların sərtləşdirilməsini ehtiva edən pakt isə yalnız iki ildən sonra qüvvəyə minəcək.

Dünya