Oman Sultanı Heysəm bin Tarık Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqları başa vurduqdan sonra Ankarada birgə mətbuat konfransında bildirib ki, bütün tərəflərin ümumi istəyi regionda təhlükəsizlik və sabitliyin bərqərar olmasıdır. Məlumatı “Anadolu” verib.
“Biz regional əməkdaşlığı gücləndirmək üçün əl-ələ verməliyik və bu kontekstdə Oman bölgə ilə bağlı beynəlxalq məsələlərdə Türkiyənin mövqeyini dəstəkləyir”, - bin Tarik deyib.
O, Fələstin probleminin iki dövlətli həllini həyata keçirmək üçün əməkdaşlığın davam etdirilməli olduğunu bildirib: “Hamı üçün ədalət və sülhün bərqərar olması üçün bu məqsədə çatmaq lazımdır”.
P.ƏMİRCANOV
XQ