Rusiya və Belarus üçün kritik təhlükə yaranarsa, nüvə silahından istifadə mümkündür.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, nüvə silahının tətbiqi şərtləri Rusiya Prezidenti Vladimir Putinin bu gün imzaladığı yenilənmiş nüvə doktrinasında açıqlanıb. Sənədə əsasən, Rusiyada nüvə silahından istifadə ilə bağlı qərarı Prezident verəcək.
Nüvə silahının tətbiqi üçün şərt Rusiya və ya Belarusun ərazi bütövlüyünə kritik təhlükə yaradan təcavüzün meydana gəlməsi olacaq. Eyni zamanda, hərbi koalisiyadan hər hansı dövlətin Rusiyaya və ya onun müttəfiqlərinə qarşı hücumu bütövlükdə həmin koalisiyanın təcavüzü kimi qiymətləndiriləcək.
Yenilənmiş sənədin tam mətni Kremlin saytında dərc edilib.