İtaliya Rusiyanın dərinliklərinə zərbə endirilməsini dəstəkləmir

post-img

İtaliya Ukrayna ilə Rusiya arasındakı münaqişədə Ukraynanın tərəfindədir və Kiyevi dəstəkləməyə davam edəcək, lakin ABŞ-ın ardınca silahlarımızın Rusiyanın dərinliklərinə zərbə endirmək üçün istifadəsini təsdiqləməyə hazır deyilik. Bunu noyabrın 18-də ölkənin xarici işlər naziri Antonio Tajani deyib.

Məlumatı “İzvestiya.ru” verib. 

“Bizə gəlincə, biz həmişə tutduğumuz xətti davam etdirəcəyik - silahlarımızın yalnız Ukrayna ərazisində istifadəsi mümkündür. Biz xəttimizi dəyişməyəcəyik və bu istiqamətdə irəliləyəcəyik”, - deyə Tajani Brüsseldə Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin görüşündə bildirib.

O, həmçinin əlavə edib ki, İtaliya Rusiya nümayəndələrinin iştirakı ilə yeni sülh konfransının keçirilməsini dəstəkləyir.

“Biz Ukraynanın tərəfindəyik və onu dəstəkləməyə davam edəcəyik. Amma bu o demək deyil ki, biz sülh üçün də çalışmamalıyıq. Biz həmişə deməliyik ki, İsveçrədə keçirilən kimi sülh konfransının tərəfdarıyıq. Lakin bu, rusların, çinlilərin, hindistanlıların, braziliyalıların iştirakı ilə baş tutmalıdır”, - deyə xarici işlər naziri bildirib.

P.ƏMİRCANOV
XQ

Dünya