Rusiya Türkiyədən geyim idxalını yarıbayarı azaldıb

post-img

Bu ilin doqquz ayının nəticələrinə əsasən, Rusiya Türkiyədən geyim idxalını demək olar ki, yarıya qədər azaldıb - 253 milyon dollar. RİA Novosti Türkiyənin statistika agentliyinə istinadən xəbər verir.

Rusiya mətbuatı xəbər verir ki, pul ifadəsində ən çox üst geyim və trikotaj məmulatlarının alışı azalıb.

Belə ki, bu ilin üç rübündə kişilər üçün trikotaj üst geyimlərinin təklifi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 dəfə - 231 min dollara, qadın geyimləri üzrə isə 5 dəfə azalaraq 147,7 min dollara düşüb.

Trikotaj məmulatlarının idxalı 8 dəfə azalaraq 7,6 min dollar təşkil edib.

Rusiya Türkiyənin ən böyük geyim alıcıları arasında 12-ci yerdədir, Türkiyə ixracatının 2%-ni bu ölkə təşkil edir.

S.ELAY

XQ

Dünya