“Böyük Yeddiliyin” sədri İtaliyanın Baş naziri Ciorcia Meloninin təşəbbüsü ilə G7 ölkələrinin liderləri Rusiya-Ukraynaya müharibəsinin başlamasının mininci günü ilə əlaqədar bəyanat qəbul ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurasının məlumatında bildirilir.
Məlumata görə, bəyanatda G7 liderləri rəsmi Kiyevə daimi dəstəyi yeniləyib, Ukraynanın suverenliyi, azadlığı, müstəqilliyi, ərazi bütövlüyü və yenidən qurulması uğrunda apardığı mübarizəyə töhfə verməkdə həmrəylik ifadə ediblər.
Ukrayna Prezidenti Volodimir Zelenski isə rəsmi sosial şəbəkə hesabındakı paylaşımında İtaliyanın Baş nazirinə və bütün G7 liderlərinə ölkəsinə göstərilən dəstəyə görə minnətdarlığını bildirdiyini qeyd edib.