Qazaxıstan COP29 çərçivəsində 3,7 milyard dollar investisiya cəlb edib

post-img

Qazaxıstan Azərbaycanın paytaxtı Bakıda keçirilən COP29 iqlim sammiti çərçivəsində yaşıl enerjiyə 3,7 milyard dollara yaxın investisiya cəlb edib. Məlumatı “Anadolu” verib. 

Qazaxıstan Energetika Nazirliyi mətbuat xidmətinin məlumatına görə, idarənin rəhbəri Almasadam Satkaliev yaşıl enerjinin inkişafı sahəsində beynəlxalq şirkətlər və inkişaf institutları ilə əməkdaşlığa dair bir sıra sənədlər imzalayıb.

O cümlədən, Energetika Nazirliyinin rəhbəri Qazaxıstanın Energetika Nazirliyi ilə Asiya İnkişaf Bankı (AİB) arasında anlaşma memorandumu imzalayıb.

İmzalanan sənədlər arasında, həmçinin Çin Xalq Respublikası hökuməti ilə bərpa olunan enerji mənbələri, Qazaxıstan Respublikası ərazisində davamlı inkişaf, ekoloji cəhətdən təmiz texnologiyalara keçid və emissiyaların azaldılması sahəsində layihələrin həyata keçirilməsinə dair saziş də var. Bu layihələrə investisiyanın həcminin 2 milyard dollardan çox olacağı gözlənilir.

P.ƏMİRCANOV
XQ

Dünya