Üçüncü Rusiya-Afrika sammiti 2026-cı ildə keçiriləcək. Bu barədə noyabrın 11-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilmiş Rusiya-Afrika Tərəfdaşlıq Forumunun birinci nazirlər konfransı iştirakçılarının birgə bəyanatında deyilir.
Məlumatı “İzvestiya.ru” verib.
“Rusiya-Afrika Tərəfdaşlıq Forumunun ilk nazirlər konfransının iştirakçıları əməkdaşlığın dərinləşdirilməsi və 2026-cı ildə keçiriləcək üçüncü Rusiya-Afrika Sammitinin uğurunu təmin etmək üçün birgə işləməyə sadiq olduqlarını bildirirlər”, - deyə məlumatda bildirilir.
Bundan əlavə, sənəddə qeyd edilir ki, Rusiya və Afrika ölkələri terrorizm və ekstremizmlə mübarizə, ekoloji problemlərin, ərzaq və informasiya təhlükəsizliyi ilə bağlı məsələlərin həlli istiqamətində səyləri əlaqələndirəcək ən yüksək səviyyədə dialoq mexanizmi yaratmağa hazırdırlar.
P.ƏMİRCANOV
XQ