Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-nin seçilmiş lideri Donald Tramp arasında ünsiyyət istisna edilmir. Bu barədə noyabrın 7-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.
“Mümkündür. O, inauqurasiyadan əvvəl Putinə zəng edəcəyini bildirib. Bu, onun sözləridir”, - prezidentin mətbuat katibi xatırladıb.
Peskov qeyd edib ki, Amerika tərəfinin Rusiya Federasiyasını inauqurasiyaya dəvət edib-etməyəcəyi hələ məlum deyil. O, həmçinin bildirib ki, ABŞ seçkilərindən sonra Rusiya Xarici İşlər Nazirliyindən və ya prezident administrasiyasından heç kim Trampın kampaniyası ilə əlaqə saxlamayıb.
Həmin gün Peskov Rusiya liderinin Trampı prezident seçkilərində qələbəsi münasibətilə “tanışları vasitəsilə” təbrik etməsi ilə bağlı yayılan xəbərləri də təkzib edib.
P.ƏMİRCANOV
XQ