ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp müharibələri dayandıra bilsə, ona Nobel Sülh Mükafatı verilməlidir. Bunu noyabrın 7-də Belarus Prtezidenti Aleksandr Lukaşenko deyib. Məlumatı dövlət başçısının mətbuat xidməti yayıb.
Prezident media nümayəndələri ilə söhbətində ABŞ-də keçirilmiş prezident seçkilərinin nəticələrini şərh edib: “Tramp, əlbəttə ki, gücdür. Mənim yanaşmamdan asılı olmayaraq, ona afərin. Onun qalib gələcəyinə inanmaq çətin idi. Güllə atdılar, sıxdılar, həbsə atmaq istədilər və sair, amma o, buldozer kimi yarıb keçdi. Ona görə də bu, onun Amerika xalqı adına şəxsi şücaətidir, bu baxımdan ona afərin. Kamala... qəhrəman qadındır və ona ağlamaq lazım deyil. Mən bu gün baxdım, narahatdır: uduzub”.
Lukaşenkonun sözlərinə görə, Birləşmiş Ştatlar afro-amerikalı prezident seçmək üçün “yetişib”, lakin qadını seçmək üçün hələ yetişməyib: “Amerika buna hazır deyil. Və O, bu “buldozer”lə baş-başa getdi. O, mümkün və mümkün olmayan hər şeyi etdi. O, əla işləyir, ona görə də heç bir halda ağlamamalıdır”.
P.ƏMİRCANOV
XQ