Türkiyə Yunanıstanla əlaqələrin inkişafı ilə bağlı optimizm üçün bir çox səbəb görür. Türkiyənin xarici işlər naziri Hakan Fidan noyabrın 8-də Afinaya səfəri zamanı Yunanıstanın xarici işlər naziri Giorgos İerapetritis ilə görüşəcək Yunanıstanın “Ta Nea” qəzetinə açıqlamasında belə deyib.
Məlumatı “Anadolu” verib.
“Mən gələcək nəsillərimizin təhlükəsizliyi və firavanlığı naminə dialoq və əməkdaşlıqdan başqa yol görmürəm. Problemlərin həlli üsullarını müəyyən etmək üçün BMT Nizamnaməsinə əməl etmək kifayətdir”, - Türkiyə diplomatik xidmətinin rəhbəri bildirib.
Nazir hesab edir ki, əgər iki ölkə mənalı dialoqun nəticələrinə əsaslanaraq hərtərəfli həllər əldə edə bilsə, onlar vahid yanaşma ilə beynəlxalq yurisdiksiyaya müraciət edəcəklər. “Ancaq bunun baş verməsi üçün şübhələri və maneələri aradan qaldırmaq və ilk növbədə, yanlış təsəvvürlərdən xilas olmaq lazımdır”, - Türkiyə XİN rəhbəri bildirib.
Fidan iki ilə yaxındır ki, Ankara ilə Afina arasında münasibətlərin müsbət inkişaf sürəti yaşadığına diqqət çəkib.
P.ƏMİRCANOV
XQ