“Böyük çay yolu” marşrutu UNESCO-nun İrs Siyahısına daxil ediləcək

post-img

“Böyük çay yolu” beynəlxalq turizm marşrutu UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilə bilər.

AZƏRTAC xəbər verir ki, bu marşrut Rusiya, Çin, Monqolustan ərazisindən keçərək XVIII əsrdə Çin çayının ixracı üçün yaradılmış ticarət yolunu təkrarlayır. İnfrastrukturun inkişafı və ərazinin UNESCO siyahısına daxil edilməsi marşrutun cəlbediciliyini artıracaq və turizm məhsulunu bütün dünyada tanıtmağa imkan verəcək. Eyni zamanda, Baykal gölünün ekologiyasının qorunmasına xüsusi diqqət yetiriləcək.

Buryatiyanın rəhbəri Aleksey Tsıdenov bildirib: “Vəzifələrdən biri bu marşrutun UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi idi. Bu, şübhəsiz ki, turizm məhsulunu bütün dünyada tanıtmağa imkan verəcək. Buryatiya müqəddəs gölün ekologiyasına mənfi antropogen təsiri azaltmaqla yanaşı, turizmin inkişafına da səy göstərir. Baykal gölündəki bütün layihələr yüksək ekoloji standartlara cavab verir”.

Buryatiyada Monqolustan və Çindən olan nümayəndələrin iştirakı ilə beynəlxalq turizm saytının inkişafı müzakirə edilib. Tərəflər qlobal səviyyədə vahid marşrut brendi yaratmaq qərarına gəliblər. Gələn il ölkələr onu beynəlxalq tematik sərgilərdə təqdim etməyi planlaşdırır.

Dünya