Lavrov: Rusiyanı təcrid etmək səyləri tam iflasa uğrayıb

post-img

Qərbin Rusiyanı beynəlxalq aləmdə təcrid etmək cəhdləri iflasa uğrayıb. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xaricdə Yaşayan Həmvətənlərin VIII Ümumdünya Konqresinin açılışında deyib. 

Məlumatı XQ “Anadolu”ya istinadən verib. 

“Rusiyanı beynəlxalq arenada təcrid etmək cəhdləri də tam fiaskoya uğradı. Dünyanın əksər ölkələri Qərbin yolu ilə getmir, bizimlə müxtəlif formatlarda, sahələrdə əlaqələri gücləndirirlər. Bunu Rusiyanın sədrliyi ilə Kazanda keçirilən BRİKS sammitinin nəticələri də sübut edir”, - Rusiya XİN rəhbəri bildirib.

Nazirin sözlərinə görə, ABŞ başda olmaqla kollektiv Qərb Rusiyanı sistemli şəkildə cilovlamaq üçün səylərini ikiqat artırıb.

“Əvvəlki konqresdən, yəni 2021-ci ilin oktyabrından keçən üç il ərzində beynəlxalq aləmdə vəziyyət, özünüz də başa düşdüyünüz kimi, heç də asanlaşmayıb. ABŞ başda olmaqla kollektiv Qərb Rusiyanı sistematik şəkildə cilovlamaq səylərini, sözün əsl mənasında, 10 dəfə artırıb və iddia etdikləri kimi, strateji məğlubiyyətə uğratmaq məqsədi ilə ölkəmizə qarşı genişmiqyaslı hibrid təcavüzə başlayıb”, - deyə o qeyd edib.

Eyni zamanda, Rusiya XİN başçısı hesab edir ki, kiminsə Rusiya dünyasını parçalamaq niyyəti tamamilə əbəsdir.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya