Türkiyədə cümhuriyyətin 101 illiyi qeyd edilir

post-img

Türk xalqlarının tarixində yeni bir dövr açan Türkiyə Cümhuriyyətinin elan edilməsindən 101 il ötür. Cümhuriyyətin elan edilməsi ilə Türkiyənin dövlət idarəçiliyində “Suverenlik sözsüz və qeyd-şərtsiz xalqındır” şüarı öz yerini tutub. Məlumatı “Anadolu” verib. 

Hər il oktyabrın 29-da türk xalqı əsas milli bayramını - Respublika Gününü qeyd edir. 1923-cü ilin bu günündə Türkiyə cümhuriyyət elan edilib.

1920-ci il aprelin 23-də türk xalqının Milli Qurtuluş Mübarizəsi zamanı Türkiyə Cümhuriyyətini elan edən Böyük Millət Məclisi (parlament) açılıb. Lakin Türkiyə Cümhuriyyəti 1923-cü ilə qədər rəsmi tanınmayıb. 1923-cü il iyulun 24-də Lozanna müqaviləsi imzalanıb və bu müqaviləyə əsasən, Türkiyənin müstəqilliyi tanınıb.

1923-cü il oktyabrın 13-də Türkiyə Böyük Millət Məclisinin ikinci çağırışının başlanmasından 2 ay sonra Ankara Türkiyə hökumətinin paytaxtına çevrilib. Həmin ana qədər dövlət başçısı Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Kamal Atatürk olub.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya