Rusiya Gürcüstanın daxili işlərinə qarışmır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanda parlament seçkilərinin nəticələrini şərh edən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Peskov bildirib ki, Rusiya Gürcüstanın daxili işlərinə qarışmır, lakin Qərb rəsmi Tbilisinin əl-qolunu bağlayır. “Qürurlu gürcü xalqının hər gün onların ünvanına axan ultimatumlara necə dözdüyünü təsəvvür belə etmək çətindir”, - deyə Kremlin nümayəndəsi vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva