Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün axşam saatlarında İstanbulda təhlükəsizlik toplantısı keçirəcək.
Atatürk Hava Limanında təşkil olunacaq toplantıya Prezident Ərdoğan sədrlik edəcək.
İclasda xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, daxili işlər naziri Ali Yerlikaya, Baş Qərargah rəisi, Ordu generalı Metin Gürak, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının sədri İbrahim Kalın, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun, Administrasiyanın Müdafiə Sənayesi Baş İdarəsinin sədri Haluk Görgün, ölkə başçısının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç və hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini Ömer Çelik iştirak edəcəklər.