Avstraliyanın Sidney şəhəri 2024-cü ildə dünyanın ən yaxşı şəhəri seçilib.
Bu barədə Nyu-Yorkda nəşr olunan “Traveller” nəşri məlumat verib. Qeyd olunub ki, İspaniyanın Valensiya şəhəri 2-ci, Sinqapur isə 3-cü yeri tutub. İlk onluğa, Honq-Konq, Stokholm, Tokio, Vyana, Berlin, Milan və Budapeşt daxildir.
Xatırladaq ki, əsrarəngiz görünüşü və gözəlliyi ilə turistləri özünə cəlb edən Sidneyin əsası 1788-ci ildə Port-Cekson körfəzinin sahilində, avropalıların qitədə ilk məskunlaşması dövründə qoyulub. 236 il ərzində kiçik sürgün düşərgəsindən iri meqapolisə çevrilən şəhər çox sayda muzeyləri, göz oxşayan parkları ilə cəlbedicidir.
Fidan SALMANOVA
XQ