Ərdoğan: BMT-nin acizliyi beynəlxalq sistem üçün rüsvayçılıqdır

post-img

Öz işçilərini belə qoruya bilməyən BMT-nin imici beynəlxalq sistem üçün rüsvayçılıqdır və narahatlıq doğurur. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra televiziya ilə çıxışında deyib. Məlumatı “Anadolu” verib. 

Türkiyə lideri Yaxın Şərqdə baş verənlər fonunda bu beynəlxalq təşkilatın hərəkətsiz qaldığını deyib: “BMT Təhlükəsizlik Şurası daha nə gözləyir?”

Prezident Ərdoğan çıxışında Ankaranın türk dünyası ölkələri ilə əlaqələrini xüsusi qeyd edib. Onun sözlərinə görə, Türkiyənin bu ölkələrlə əlaqələri Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində tədricən “inkişaf edir və çiçəklənir”: “Fevralın 6-da baş verən zəlzələdən sonra qardaşlarımızın, xüsusən də əziz Azərbaycanın köməyini heç vaxt unutmayacağıq”.

Türkiyə lideri Ankaranın türk dünyası ölkələrindən olan “qardaşlara” istənilən şəraitdə yardım etməyə hazır olduğunu bildirib.

Prezident Ərdoğan Daron Acemoğlunu iqtisadiyyat üzrə Nobel mükafatı alması münasibətilə də təbrik edib.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya