Putin Gürcüstan vətəndaşları üçün viza rejimini genişləndirib

post-img

Rusiya prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün vizasız rejimin genişləndirilməsi haqqında fərman imzalayıb. Müvafiq sənəd oktyabrın 10-da hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

Məlumatı “İzvestiya.ru” verib. 

Fərmana əsasən, Gürcüstan vətəndaşları, o cümlədən tələbələr və işçilər indi Rusiyada 90 gündən artıq qalmaq hüququna malikdirlər.

Fərman imzalandığı gündən qüvvəyə minir.

 

P.ƏMİRCANOV

XQ

Dünya