Nigeriyada gəmi batıb, 70 nəfər ölüb

post-img

Nigeriyanın Niger əyalətində sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 70-ə çatıb. Məlumatı “Anadolu” verib. 

Yerli media Milli Daxili Su Yolları İdarəsinə istinadən xəbər verir ki, xilasetmə səyləri nəticəsində qapalı vəziyyətdə olan gəmidə olan 150 nəfəri xilas etmək mümkün olub.

Nigeriya prezidenti Bola Tinubu həlak olanlarla bağlı əyalət xalqına başsağlığı verib.

Xatırladaq ki, oktyabrın 1-də Mokva bölgəsində Qbadjibo çayında şənlikdən qayıdan 300-ə yaxın adamı daşıyan gəmi batıb.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya