Rusiya və Çin ödənişləri 95 faiz milli valyutaya keçirib

post-img

Rusiya və Çin ödənişləri, demək olar ki, tamamilə milli valyutalara keçirib, onların payı 95 faizə çatıb. RF-nin xarici işlər naziri Sergey Lavrov bu barədə sentyabrın 3-də “Rossiyskaya qazeta”da çap olunmuş Rusiya Federasiyası ilə Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümü ilə bağlı məqaləsində yazıb.

Məlumatı “İzvestiya.ru” verib. 

“2023-cü ildə qarşılıqlı ticarət 200 milyard dolları keçib və yeni zirvələrə çatmaqda davam edir. “Xüsusilə qeyd etmək istərdim ki, ikitərəfli ödənişlər, demək olar ki, tamamilə milli valyutalara - rubla və yuana çevrilib: hazırda onların payı 95 faizə çatıb”, - o qeyd edib.

Lavrov, həmçinin əmin edib ki, Çinin güclü və xoşbəxt Rusiyaya ehtiyacı olduğu kimi, Rusiyanın da firavan və sabit Çinə ehtiyacı var.

P.ƏMİRCANOV
XQ

Dünya