Bakıda 3-cü beynəlxalq “Ocaq kuboku”na start verilib

post-img

Bakıda “Ocaq Sport” klubunun təşkilatçılığı ilə keçirilən bədii gimnastika üzrə 3-cü beynəlxalq “Ocaq kuboku”na start verilib.

Milli Gimnastika Arenasında təşkil olunan yarışda 10 ölkəni təmsil edən 37 klubdan 400 fərdi gimnast və 16 qrup komandası medallar uğrunda mübarizə aparır.

Turnirdə 2009-2018-ci il təvəllüdlü gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər və çoxnövçülük üzrə bacarıqlarını nümayiş etdirirlər.

Qeyd edək ki, “Ocaq kuboku”na oktyabrın 6-da yekun vurulacaq.

İdman