NATO-nun yeni baş katibi: Ukraynaya kömək prioritet olacaq

post-img

NATO-nun növbəti baş katibi, Niderlandın sabiq baş naziri Mark Ryütte bəyan edib ki, Ukraynaya kömək məsələsi Şimali Atlantika alyansı üçün prioritet olacaq. Məlumatı “İnterfaks.ru” verib.

“Biz prioritetləri reallaşdırmağa çalışacağıq. Xüsusilə Ukraynaya aid olanları. Biz elə etməliyik ki, Ukrayna suveren dövlət kimi yaşamağa davam etsin”, - deyə Ryütte bildirib. 

O, əlavə edib ki, alyans müdafiə və qarşısını alma ilə bağlı xərcləri artırmalıdır. 

Qeyd edək ki, NATO-nun sabiq baş katibi Yens Stoltenberq Ryüttenin “gözəl baş katib” olacağına əminliyini ifadə edib. 

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya