Samux: prokurorluq işçiləri öz peşə bayramlarında ağac əkdilər

post-img

Samuxda “Prokurorluq orqanları əməkdaşlarının peşə bayramı” günü qeyd olunmuşdur. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin işçiləri, şəhid ailələri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.
 Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Samux şəhəri Heydər Parkında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərə hörmət və ehtiramlarını bildirmişlər.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, başda Azərbaycan Respublikasının Baş Prokuroru, Kamran Əliyev olmaqla, bütün prokurorluq orqanları əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edərək xoş arzularını çatdırmışdır.
Samux rayon prokuroru Könül Ələsgərova isə çıxışında ölkə başçısının prokurorluq orqanlarına və işçilərinə göstərdiyi qayğısı haqqında danışmışdır.
Rayon prokurorluğunun fərqlənən əməkdaşları  icra hakimiyyəti tərəfindən Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılmışlar.
Tədbirin sonunda əlamətdar gün münasibəti ilə Samux-Kür yolunun kənarına tədbir iştirakçıları tərəfindən 500 ədədə yaxın şam və sərv ağacları əkilmişdir.
   

   Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Samux rayonu.









Sosial həyat