Çinin xarici işlər naziri Vanq Yi qeyd edib ki, bu, “Çin, Braziliya və qlobal cənub ölkələrinin sülhə nail olmaq cəhdi olacaq”. Məlumatı TASS verib.
Çin, Braziliya və Qlobal cənubdakı digər ölkələr Ukrayna böhranının sülh yolu ilə həllini təşviq etmək üçün “Sülh dostları” platforması yaradacaqlar. Bunu Nyu-Yorkda Braziliya prezidentinin xüsusi nümayəndəsi Selso Amorim ilə görüşündə Çinin xarici işlər naziri Van İ deyib.
“Çin, Braziliya və qlobal cənubdan onlarla həmfikir ölkələr Ukrayna böhranını həll etmək üçün “Sülh dostları” platforması yaradacaqlar”, - Vanq Yi Çin Xarici İşlər Nazirliyinin saytında bildirib.
O qeyd edib ki, bu, “Çin, Braziliya və qlobal cənub ölkələrinin sülhə nail olmaq cəhdi olacaq”.
Çinli diplomat əlavə edib ki, “Sülh dostları” qapalı qrup deyil, açıq platformadır və rəqabət və qarşıdurma üçün deyil, inklüziv dialoq üçün çalışır.
P.ƏMİRCANOV
XQ