Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb. Məlumatı “Anadolu” verib.
Türkiyə Xarici İşlər Nazirliyi sosial şəbəkədə görüşün fotolarını dərc edib, lakin danışıqların məzmunu ilə bağlı detallar açıqlanmayıb.
Görüş BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyası çərçivəsində baş tutub.
P.ƏMİRCANOV
XQ