Polşanın Krımın Birləşmiş Millətlər Təşkilatının (BMT) mandatına verilməsi ideyası absurddur, çünki Rusiya regionlarının verilməsi müzakirə mövzusu ola bilməz. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sentyabrın 20-də keçirdiyi brifinqdə məlumat verib. Bu barədə “İzvestiya” məlumat verib.
“Biz hesab edirik ki, bu sualı vermək çox absurd bir məsələdir. Rusiya ərazisi, Rusiya regionları heç cür müzakirə oluna və ya heç kimə verilə bilməz”, - Kremlin rəsmi nümayəndəsi bildirib.
Qeyd edək ki, bir gün əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski Kiyevdə bəyab edib ki, Krım BMT-nin mandatı altına verilsin və 20 ildən sonra onun statusu ilə bağlı referendum keçirilsin.
P.ƏMİRCANOV
XQ