Çin 9 ABŞ şirkətinə sanksiya tətbiq edib

post-img

Çin ABŞ-nin Tayvana silah satmasına cavab olaraq bu ölkənin 9 şirkətinə sanksiya tətbiq edib. Bu barədə sentyabrın 18-də Çinin Xarici İşlər Nazirliyinin saytında məlumat dərc olunub. Xəbəri “İzvestiya.ru” verib. 

Sənəddə deyilir: “Birləşmiş Ştatlar bu yaxınlarda Tayvana silah satışını yenidən elan etdi. Bu, Çinin daxili işlərinə kobud müdaxilədir və ölkənin suverenliyinə, ərazi bütövlüyünə ciddi ziyan vurur”.

Sanksiyalar “Sierra Nevada Corporation”, “Stick Rudder Enterprises LLC”, “Cubic Corporation”, “S3 AeroDefense”, TCOM, TextOre, “Planate Management Group”, ACT1 Federal və Exovera şirkətlərinə qarşı tətbiq edilib.

Onların ölkədəki aktivləri dondurulacaq, habelə ÇXR-dəki təşkilatlar və şəxslər tərəfindən bu şirkətlərlə hər hansı əməliyyat, əməkdaşlıq və ya digər fəaliyyətlər qadağan ediləcək.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya